adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2017 17:18
5860
İDMAN
A- A+

2026-cı il Qış Olimpiya Oyunları Ərzurumda keçirilə bilər

Türkiyədə Ərzurum şəhərinin 2026-cı il Qış Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı kampaniya başlayır.

Bunu Ərzurum vilayətindən millət vəkili Mustafa Ilıcak deyib.

Onun sözlərinə görə, Ərzurumda 2011-ci ildə Qış Universiadası keçirilib.

Millət vəkili qeyd edib ki, vilayətin infrastrukturuna 1 milyard lirəyə yaxın investisiya qoyulub. M.Ilıcak bir neçə həftə əvvəl Ərzurumda Avropa gənclər qış festivalının keçirildiyini və burada 34 ölkənin iştirak etdiyini deyib.

Bundan başqa, millət vəkili Qış Olimpiya Oyunlarının bəzi yarışlarının Ərzincan və Qars vilayətlərində keçirilə biləcəyini deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti də bu təşəbbüsü dəstəkləyir: "2023-cü ilə Ərzurum, Ərzincan və Qars arasında sürətli qatar işə düşəcək. Bu ilin sentyabrında biz müvafiq müraciəti Beynəlxalq Olimpiya Komitəsinə yollayacağıq”.