adalet.az header logo
  • Bakı 19°C
15 Mart 2017 15:05
7252
DÜNYA
A- A+

İranda ilaxır çərşənbə faciəsi: 1278 yaralı

Martın 14-də İranın Tehran və İsfahan şəhərlərində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə nəticəsində 2 nəfər ölüb.

Hadisələrdə 1278 nəfər yaralanıb. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

İran polisinin cinayətlərin qarşısının alınması idarəsinin sədri Məhəmməd Əşrəfi bildirib ki, ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə edən 1389 kişi və 48 qadın saxlanılıb. Onlardan 959-u barəsində cinayət işi açılıb və iş məhkəmə göndərilib. Digərləri isə iltizam verərək sərbəst buraxılıblar.

Polis məmuru hadisələrdə təcili tibbi yardım, polis və yanğınsöndürən xidmətlərinin 46 əməkdaşının xəsarət aldığını söyləyib. apa