adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Mart 2017 14:54
6121
DÜNYA
A- A+

RUSİYANIN STRATEJİ PLANLARI

Moskva hələ Qəddafinin vaxtında Livana böyük yatırımlar qoymuşdu və indi mümkün qədər bu yatırımların bir hissəsini qaytarmağa çalışır. Bu barədə məlumat verən La Tribune yazır ki, ona görə də Rusiya Livanın neft daşınan limanlarının böyük bir hissəsinə nəzarət edən qiyamçı fedmarşal xəlifə Həftara açıqdan-açığa maraq göstərir.

Qiyamçı marşalla 2017- ci ilin yanvar ayında aparılan sonuncu danışıqlara görə Həftar Rusiyadan silah alır və əvəzində rus tankerlərinin Livan limanlarına girişinə icazə verilir, həmçinin rus hərbçiləri üçün uçuş-eniş zolağı ayrılır.

Kreml hesab edir ki, əgər bütün neft yataqlarıyla zəngin olan ərazilər Həftar tərəfindən işğal edilərsə onda Rusiyanın genişmiqyaslı ssenarisi önə çıxarılmış olacaq.

«Hiffington Post» yazır ki, Rusiya hazırda Livanda aparıcı rol olmaqdadır. Belə ki, qiyamçı marşalla danışıqlar aparmaqla yanaşı rəsmi Moskva hazırda Tripolidə məskunlaşan Livan Milli Birlik hökumətinin baş naziri Faiz Sərracla da danışıqlar aparır və Livanda hakimiyyətə tam yiyələnmək üçün onların birgə mübarizə aparmasına çalışır.

Bildirilir ki, qiyamçı marşal keçmiş SSRİ-də hərbi təhsil alıb, özü də iki dəfə. Əvvəl «Vıstrel» ali zabit kurslarında, sonra isə Frunze adına ali hərbi akademiyada. Rus dilində təmiz danışması da onunla dialoq aparılmasını asanlaşdırır.

«Kommersant» qəzeti isə bildirir ki, hazırda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin səyləri nəticəsində Rusiya yenidən Yaxın Şərqin aparıcı oyunçusuna çevrilir. Və Qərbə sübut edilir ki, o, təkcə keçmiş postsovet məkanında deyil, bütün dünyada qlobal hegemon dövlətdir.

Bir müddət əvvəl Livan sərhədləri yaxınlığına xüsusi təyinatlıların göndərilməsi faktını dansalar da, indi etiraf edirlər ki, bölgənin iri neft yataqlarında çoxsaylı rus mütəxəssisləri hələ də çalışmaqdadı, onların və neft yataqlarının təhlükəsizliyi məqsədilə könüllü xüsusi təyinatlılar da yerləşdirilib.

MEHRİBAN