adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Mart 2017 16:45
9257
MƏDƏNİYYƏT
A- A+

Hüseyn Dəryasız 3 il

Bu gün reper Hüseyn Dəryanın ölüm ildönümüdür.

Adalet.az-ın məlumatına görə, mərhum ifaçının dünyasını dəyişməsindən 3 il ötür.

Qeyd edək ki, H.Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub.Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yaranıb. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirib, ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməyiblər. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.

Hüseyn Dərya 14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzası keçirib. Onun idarə etdiyi "99 EK 575" dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ” markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan H.Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

İlk evliliyindən bir qız, ikinci nikahından isə oğlan övladı var.