adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Mart 2017 15:14
8005
HADİSƏ
A- A+

Xırdalanda ölən 5 qızın kimliyi bilindi

12:58

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Adalet.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

***

Xırdalanda dəm qazından boğulan qızlarla bağlı yeni detallar məlum olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, evdən heç kəsin çölə çıxmadığını görən qonşular dərhal polisə müraciət ediblər.

Hadisə yerinı gələn polislər qapını qıraraq içəri daxil olublar. Evdə beş qızın öldüyü bəlli olub.

Meyitlərin təcili yardım maşını ilə morqa aparıldığı xəbər verilir.

Dəm qazından boğulan beş nəfərin kimliyi məlum olub.

Ölənlər Nübar Musayeva, Mələk Abbasova, Tutanə Xanlayeva, Lamiyə Xanlayeva və Aytən Musayevadır.

Zərərçəkənlərdən 4-ü balakən, 1-i isə Cəlilabad sakinləri olub.