adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Mart 2017 12:45
7897
KRİMİNAL
A- A+

Anasını avtomobillə vurub öldürdü

Ağdam sakini anasını avtomobillə vuraraq öldürüb.

Adalet.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi "VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.