adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Mart 2017 10:51
3381
HADİSƏ
A- A+

İlaxır çərşənbədə 8 nəfər tonqalda yanıb

İlaxır çərşənbə günü tonqalda yanan 8 nəfər yanıq şöbəsinə müraciət edib.

Bu barədə 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinin baş həkimi Şöhrət Mənmmədov deyib. Onun sözlərinə görə, müraciət edənlər arasında ağır yanıq xəsarəti alan xəstələr olmayıb.

"Onlara ilkin tibbi yardım göstərilib, evə yola salınıblar. Müraciət edənlər 3-14 yaş arası uşaqlardır. Tonqalda yananlardan ikisi qadın, qalanları oğlan uşaqlarıdır. Yanıq xəsarətləri səthidir".

Ş.Məmmədov bildirib ki, müraciət edənlərin əksəriyyəti Bakının Sabail, Xətai, Nəsimi, Yasamal rayonlarındandır: "Bu gün bir nəfər Baləkəndən gətirilib. O, 10 yaşında oğlan uşağıdır”.