adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2017 10:24
3373
DÜNYA
A- A+

Sevgilisini itlərə yedizdirən qatil azadlığa çıxdı

Sevgilisini boğaraq öldürən və cəsədini itlərə yedizdirən futbolçu Bruno Fernandes futbola geri dönür.

Adalet.az xəbər verir ki, dəhşətli qətli törədərkən "Flamenqo"nun formasını geyinən və Dünya çempionatında Braziliya millisinin qapısını qorumağa ən real namizəd hesab olunan Bruno 3 il davam edən məhkəmədən sonra 2013-cü ildə 22 il azadlıqdan məhrum edilmişdi.

Bu günlərdə isə prokuror qapıçının daha öncə cinayət törətməməsini və sabit adresdə yaşayaraq, sabit işinin olmasını nəzərə alaraq 7 illik həbs həyatından sonra onun azadlığa buraxılmasına qərar verib.

Artıq azadlığa çıxan Fernandes üçün meneceri klub axtarır. Bir çox Braziliya klubunun onunla maraqlandığı deyilir. Hətta 32 yaşlı qapıçıya 10 klubdan təklif olduğu deyilir.