adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Mart 2017 10:15
6848
DÜNYA
A- A+

Ərəb dünyasında yeni ordu yaradıldı

Suriyada PYD-PKK terror təşkilatlarının işğal etdiyi bölgələrdəki 50 ərəb tayfası yeni ordu yaradır.

Adalet.az xəbər verir ki, tayfa liderləri keçirilən toplantıdan sonra "Əsəd-Rus-İran, Hizbullah, İŞİD və PYD-nin işğalını sonlandırmaq üçün güclərimizi birləşdirək” şüarı altında yeni ordu yaratdıqlarını elan ediblər.

Ordu Suriyanın Əl Cəzirə və Fərat bölgələrini terror təşkilatlarından təmizləmək üçün hərəkətə keçəcək.