adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2017 09:34
7315
DÜNYA
A- A+

ABŞ-dan Türkiyə və Niderlanda çağırış

Hər iki ölkə NATO üzvüdür. Biz tərəfləri gərginliyi artıracaq ritorikadan çəkinməyə çağırırıq.

Adalet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyə və Niderland arasında yaşanan gərginliyi şərh edərkən deyib.

ABŞ rəsmisi bildirib ki, bu, Türkiyə ilə Niderland arasında olan ikitərəfli məsələdir.

Qeyd edək ki, ötən gün Türkiyə Baş naziri Binəli Yıldırım səfirin saxlanılmasına görə Niderlandın üzr istənildiyini bildirib.