adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2017 09:07
2932
HADİSƏ
A- A+

Bakıda 38 yaşlı kişi orta məktəbin həyətində özünü asdı

Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Nizami rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, hadisə rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.