adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2017 22:34
6561
DÜNYA
A- A+

ABŞ-da 100 mindən çox sakin işıqsız qalıb

ABŞ-ın Şərq sahilində 100 mindən çox sakin işıqsız qalıb.

Adalet.az-ın məlumatına görə, buna səbəb qar çovğunu olub.

Kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında reyslər təxirə salınıb. Eləcə də hökumət orqanlarında iş, məktəblərdə dərslər dayandırılıb.

Sinoptiklər məlumat verir ki, çovğundan sonra Nyu-Yorkda qar örtüyünün hündürlüyü 50 santimetrədək çata bilər.

Ümumilikdə isə çovğunun fəsadlarının 50 milyon sakinə təsir edəcəyi barədə xəbərdarlıq edilib.