adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Mart 2017 18:54
9131
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib

Martın 14-də Azərbaycan Texniki Universitetində təntənəli şəkildə İlaxr çərşənbə ilə əlaqədar şənlik keçirilib.

Şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi Xalıq Yahudov professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, ölkədə mühəndis kadrların inkişafından söz açaraq tələbələrə gələcəkdə daha yüksək pillələrdə olmalarını arzulayıb.

Təbrik çıxışından sonra rektor əvəzi Xalıq Yahudov universitetin həyətində Novruz tonqalını alovlandırıb.

Şənlikdə AzTU-nun yaradıcı tələbələri müxtəlif nömrələr nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər. Kosa, Keçəl, Bahar qızı obrazında şənliyə xoş ovqat gətirən tələbələr Universitetin həyətində əsl Novruz ab-havası yaradıblar.

Şənlik AzTU-da təhsil alan xarici tələbələrin böyük marağına səbəb olub. Universitetin Nigeriyalı II kurs tələbəsi adət-ənənəyə uyğun olaraq 3 dəfə Novruz tonqalının üzərindən hopanıb.