adalet.az header logo
  • Bakı 18°C
14 Mart 2017 17:56
8720
MƏDƏNİYYƏT
A- A+

İlk dəfə olaraq “CinemaPlus” da Azərbaycan istehsalı olan mistik trillerin nümayişi olacaq

İlk dəfə "CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan "Xənnas " adlı mistik trillerin nümayişi olacaq. 

Adalet.az xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Elvin Abdullayevdir. Baş prodüser və quruluşçu rejissor missiyasını Elvin Abdullayev öz üzərinə götürüb. Gənc rejissor milli kinomuzda ilkə imza atmaq üzrədir.

Baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova yer almışdır.

Qısaca film haqqında: Uzun müddətdir eyni yuxunu görən İlkin, öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən, ailəsinə məxsus olan evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarından bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təsuratı yaradan məkan get gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasının etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin , onu bura xənnasın gətirdiyini anlayır. Onun bir çıxış yolu var ....

Qeyd edək ki, film may ayında tamaşaçılara təqdim olunacaq.