adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2017 16:45
14759
SİYASƏT
A- A+

“Niderland həddini bilsin”

Niderland Türkiyəyə qarşı rəftarı ilə islamfobiya ve türkofobiyanın necə artdığını sübut etdi.

Adalet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyə mətbuatına Niderland-Türkiyə qalmaqalını dəyələndirərkən deyib. Millət vəkili bildirib ki, Niderlandın türk dövlət rəsmilərinə etdiyi hörmətsizliyi bütün dünya türkləri kəskin qınayır:

"Niderlandda küçələrə axışan insanlara qarşı şiddətə yol verilməsi ağılasığmazdır. Niderland bununla islamafobiya ve türkofobiyanın nə dərəcədə artdığını sübut etdi. Bu ölkədə bəzi qrupların Türkiyə əleyhinə çalışan qüvvələrə dəstək verməsindən sonra yaşanan bu üzücü hadisə Türkiyə qədər Azərbaycanı və digər qardaş ölkələri də üzdü. Hollandiya rəsmiləri bu olaya görə Türkiyədən üzr istəməlidir. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Çünki bu qalmaqalın böyüməsi iki ölkə münasibətləri ilə yanaşı, Avropada da gərginliyi artıra bilər ki, bunun da nəticəsi daha da ağır ola bilər”.

Qeyd edək ki, martın 11-də Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Hollandiyanın Rotterdam şəhərində mitinq keçirməyi planlaşdırırdı. Lakin qarşı tərəf onun səfərinə icazə verməyib. Həmçinin, Almaniyadan Hollandiyaya maşınla gəlmək istəyən Ailə və Sosial Siyasət naziri Fatma Betülün korteji də sərhəddə saxlanılıb və geri qayıtması tələb edilib.

Üstəlik, Türkiyənin bu ölkədəki konsulluğunun əməkdaşları da müxtəlif təzyiqlərə məruz qalıblar.

İki ölkə arasında siyasi gərginlik günlərdir davam edir.