adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2017 17:32
4831
MƏMLƏKƏT
A- A+

Bakıda İlaxır çərşənbə karvanı

Metronun "İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən "Atəşgah”a doğru od götürmək üçün yola düşən bayram karvanı odu götürüb geri qayıdır.

Adalet.az xəbər verir ki, bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsi və Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək.

Son dayanacaqda bayram tonqalı alovlandırılacaq, Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.