adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2017 16:05
4680
MƏMLƏKƏT
A- A+

Azərsu”da Almaniya bankının nümayəndələri ilə GÖRÜŞ

"Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərsu” ASC sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Səhmdar Cəmiyyətin sədri "II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.

Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Olaf Zumelka təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

Şəki şəhərində həyata keçirilən işlərdən razılığını bildirən nümayəndə heyətinin rəhbəri Gəncə şəhərində növbəti mərhələ üzrə tikinti işlərinin başlanılması üzrə iş qrafikinin hazırlandığını diqqətə çatdırıb.

Görüşdə eyni zamanda Gəncə və Şəki şəhərləri üçün tullantı sutəmizləyci qurğuların layihəsinin hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.