adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2017 16:00
6169
DÜNYA
A- A+

RUSİYA YAXIN ŞƏRQDƏ TƏSİR GÜCÜNÜ ARTIRIR?

Rusiyanın xüsusi təyinatlıları Misirin Livanla sərhədləri yaxınlığındakı aviabazaya gəlib. ABŞ və Misirin diplomatik mənbələrinə əsaslanan «Reuters» agentliyi bu barədə məlumat verərək bildirir ki, rəsmi Moskva Livan ərazilərində baş verən konfliktlərdə iştirakını gücləndirmək istəyir.

Rusiyanın rəsmi dairələri bu faktı təsdiq etməsələr də Misirin təhlükəsizlik xidməti söhbətin 22 nəfərlik xüsusi təyinatlılarından getdiyini bildirib. 
ABŞ-ın kəşfiyyat dairələri isə bildirirlər ki, belə hallarda rus hərbçilərini müəyyən etmək o qədər də asan olmur. Çünki ruslar muzdlu əsgərlər kimi Rusiyanın hər hansı bir simvolu olmayan hərbi paltarlarda peyda olurlar.

ABŞ-ın Afrikadakı hərbi birləşmələrinin komandanı Tomas Valdxauzer isə Senatın dinləmələrində bəyan edib ki, «Rusiya Livan hökumətinin formalaşmasına təsir etməyə çalışır. Kreml Suriyadakı kimi Livana da təsir güclərini artırmaq istəyirlər».

MEHRİBAN