adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2017 15:45
6242
DÜNYA
A- A+

AVROPA TÜRKİYƏ İQTİDARINA İŞLƏDİ

Qardaş ölkədə aprelin 16-da Ana Yasanın dəyişilməsilə bağlı referendum keçirilir. Türkiyə 93 illik Parlament Respublikasından imtina edib başqanlıq sisteminə keçir. İqtidar da bu referendumda qalib gəlməyə çalışır. Artıq Türkiyə iki yerə bölünüb: «evet»çilər və «hayır»çılara.

Hollandiyada və digər Avropa ölkələrində Türkiyəyə və türklərə qarşı yönələn və heç bir diplomatik qanunlara sığmayan hücumlar əslində iqtidarın işinə yaradı. Referendumda «hayır» deyəcək insanların çoxu bu hadisədən sonra iqtidarın tərəfinə keçəcək. Çünki artıq məsələ «evet» və «hayır» deyil, məsələ Türkiyənin və türklərin qürur məsələsidir. Qardaş Türkiyədə də qürur məsələsi hər şeyin üstündədir.

AK Partidən bir millət vəkili də açıqca söylədi ki, Almaniya və Hollandiyaya təşəkkür etməliyik, onların bu hərəkəti bizim oyumuzu azı iki faiz artırdı.