adalet.az header logo
  • Bakı 16°C
14 Mart 2017 15:39
27167
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı bayram günü nəşriyyatda şair dostlarıyla babat vurandan sonra oturur Şuşalı Zülfünün taksisinə, gedir yaşadığı qəsəbəyə. Nə qədər axtarır öz evini tapa bilmir. Şuşalı Zülfü də yığılır boğaza, məhlələrin birində saxlayıb uşaqların birindən soruşur:

- Ay bala, şair Vəli Xramçaylının evi hansıdı?

Uşaq təəccüblə maşının içindəki Vəli Xramçaylıya baxıb Şuşalı Zülfüyə deyir:

- Vəli əmi sənin yanında oturub ki?!

Vəli Xramçaylı başını pəncərədən çıxarıb uşağın üstünə qışqırır:

- Ayə, a köpayoğlu, məni soruşmur ey, mənim evimi soruşur.