adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Mart 2017 15:18
7300
DÜNYA
A- A+

KÜRDLƏR MÜNBİÇDƏ MUXTARİYYƏT ELAN ETDİLƏR

Münbiç bir ərəb şəhəridi, İŞİD-in əlindəydi, sonra PYD və YPG Bərzaninin və ABŞ-ın dəstəyi ilə Münbiçi ələ keçirdi. Və nəhayət, Rusiya da onlara dəstək verdi, srağagün muxtariyyatlarını elan etdilər. 13 nəfərdən ibarət də hökumət qururlar.

ABŞ kürd separatçılarına kömək üçün əlavə hərbi texnika və 300 nəfər də əsgər göndərib. Əvvəl də 200 əsgər göndərmişdi.

İndi qardaş Türkiyə «Fırat kalkanı» əməliyyatı ilə əlaqədar Münbiçə tərəf hərəkət etmək istəsə qarşısında PYD və YPG-ni deyil, ABŞ ordusunu görəcək. Bu isə çox böyük müharibə deməkdi!