adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2017 12:09
13169
SİYASƏT
A- A+

Daha bir ölkə Türkiyəyə qadağa qoydu

Avstriya hökuməti türk siyasətçilərin seçki kampaniyalarının keçirilməsini qadağan edib.

Adalet.az xəbər verir ki, bu barədə Avstriya Baş naziri Kristian Kern açıqlama yayıb.

O, "Türk nazirlər referendum üçün Avstriyada seçki kampaniyası keçirmək istəsə, buna mane olmağa çalışacağam. Cəmiyyətin təhlükəsizliyinə görə belə cəhdin qarşısını almalıyam”, - deyib.

Qeyd edək ki, daha əvvəl Almaniya və Hollandiya sözügedən qadağanı tətbiq edib və nəticədə Türkiyə ilə bu ölkələr arasında diplomatik gərginlik yaşanır.