adalet.az header logo
  • Bakı 13°C
14 Mart 2017 12:02
6529
DÜNYA
A- A+

Nyu York qar fırtınası ilə üzləşdi

Nyu York qar fırtınası ilə üzləşib, şəhərdə qar örtüyünün qalınlığı 30 sm-ə çatır.

Adalet.az xəbər verir ki, şəhərin bəzi yerlərində nəqliyyatın hərəkəti pozulub.

"CTV Nyus" telekanalının məlumatına görə, aviaşirkətlər ABŞ-ın şimal-şərqində yerləşən aeroportlardan minlərlə uçuşu ləğv edib.

Baş verə biləcək hər cür fəlakətin qarşısını vaxtında almaq üçün FHN və təcili yardım əməkdaşları tam hazır vəziyyətə gətirilib.

Bəzi bölgələrdə əlverişsiz hava şəraiti səbəbilə məktəblər və digər müəssisələr bağlanıb. Məsələn, BMT-nin mənzil-qərargahı əlverişsiz hava şəraiti səbəbiylə bu gün bağlı olacaq.

Ağ Evdən verilən məlumata görə, ABŞ-ın şərq sahillərinə martın 17-dək güclü qar yağacağı proqnozuna görə, ABŞ Prezidenti Donald Tramp ilə Almaniya kansleri Angela Merkel arasındakı görüş də təxirə salınıb.