adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2017 11:40
5637
DÜNYA
A- A+

Holland liderlər efirdə Türkiyəni asıb-kəsdilər

Hollandiya Baş naziri Martin Rutte və radikal sağçı Azadlıq Partiyasının lideri Girt Vilders canlı yayımda Türkiyə haqda danışıblar.

Adalet.az xəbər verir ki, Vilders holland hökumətinin türk siyasətçilərə olan münasibətini dəstəklədiyini bildirərək, daha ciddi addımlar atılmasının vacib olduğunu deyib.

Rutte isə münasibətlərin qaydaya salınmasına eyham vurub:

"Nasist bənzətməsi qəbulolunmazdır. Məncə, türk naziri deportasiya etməyimiz misli görülməmiş bir addım idi. Vəziyyətin daha da gərginləşməsini istəmirik. Amma türklər bunu etsə, cavab vermək məcburiyyətində qalacağıq”.

İrqçi lider Vilders isə daha irəli gedərək, türk səfirini və konsulluq nümayəndələrini Hollandiyadan deportasiya etməyi tələb edib.