adalet.az header logo
  • Bakı 17°C
14 Mart 2017 10:05
16698
MARAQLI
A- A+

Tramp illik maaşını hara xərcləyəcək?

ABŞ prezidenti Donald Tramp illik maaşını xeyriyyə məqsədilə xərcləyəcək.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

"Prezident ilin sonunda öz əmək haqqısını xeyriyyə məqsədilə xərcləmək niyyətindədir. O, sizdən bunun hansı sahələrə xərclənməli olduğunu müəyyənləşdirməyinizi istəyib. Bu, jurnalistlərin maliyyənin hara getdiyi barədə iddialarından yayınmağa imkan verəcək”, - deyə Spayser vurğulayıb.

Qeyd edək ki, Donald Tramp öz seçki kampaniyası zamanı maaş almağı planlaşdırmadığını söyləmişdi.

ABŞ liderinin əmək haqqı ildə 400 min dollar təşkil edir.