adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2017 09:41
5529
DÜNYA
A- A+

Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

"Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş vurğulayıb.

Baş nazirin müavini Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da bəyan edib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.