adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Mart 2017 22:45
4751
İDMAN
A- A+

Azərbaycan yığması yenidən Avropa səhnəsində

Kişi həndbolçular arasında İHF İnkişaf etməkdə olan ölkələrin çempionatının püşkü atılıb. 

Adalet.az saytının məlumatına görə, yarış AVRO-2020-nin seçmə mərhələsinə vəsiqə xarakteri də daşıyır.

Qitə çempionatının 1-ci seçmə mərhələsinin uğursuzları, həmçinin bu yarışa qatılmayanlar yenidən bəxtini sınamaq imkanı əldə edib. Uzun müddətdi qitə miqyaslı yarışlara qatılmayan Azərbaycan millisi də qitə birinciliyinin iddiaçıları arasında yer alıb.

Yarışda Avropanın 15 komandası və Çin yığması mübarizə aparacaq. Bu oyunlar iyunun 12-18-də keçiriləcək. 3 aydan sonra Bolqarıstanda qüvvəsini sınayacaq 16 yığma əsas AVRO-2020-nin seçmə mərhələsinə 3 vəsiqənin sahibini də müəyyənləşdirəcək.

16 komanda öncə 4 qrupda dairəvi sistemlə oynayacaq. Hər qrupda ilk 2 yeri tutan yığmalar 1/4 finala yüksələcək. Finalçılar və III yer uğrunda matçın qalibi isə mərhələni adlamış olacaq.

Püşkün nəticələrinə görə Azərbaycan yığmasını C qrupunda yer alıb. Millimiz Kipr, Bolqarıstan və Andorra ilə mübarizə aparacaq.

A qrupu: Türkiyə, Kosovo, Albaniya, İslandiya

B qrupu: Lüksemburq, Gürcüstan, Malta, Böyük Britaniya

C qrupu: Kipr, Bolqarıstan, Andorra, Azərbaycan

D qrupu: Çin, Farer adaları, Ermənistan, Moldova

Qeyd edək ki, əsas seçmə mərhələ 2018-ci ilin oktyabrında start götürəcək. İsveç, Avstriya və Norveçin birgə ev sahibliyi edəcəyi AVRO-2020-də isə 24 komanda qüvvəsini sınayacaq.