adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2017 21:15
14126
MARAQLI
A- A+

Qahirədə 3 min illik tapıntı

Qahirədə II Ramzesə aid qədim heykəlin qalıqlar tapılıb.

Misir və Almaniyadan olan arxeoloqlar Qahirədə 3000 il bundan əvvəl hökmranlıq etmiş firon II Ramzesin 8 metrlik heykəlini tapdıqlarını bildiriblər.

Misirin Antik Dövr Nazirliyi bu tapıntı ilə əlaqəli deyib ki, bu II Ramzesin dağılmış məbədi yaxınlığında aşkar olunmuş kvarsit daşından yonulmuş ən qiymətli tarix incisidir.

Heykəlin qalıqları Qahirənin əsasən fəhlələr yaşayan Matariya ərazisində aşkar olunub. Misirlilər düşünürdülər ki, Günəş allahı dünyanı Matariyada yaradıb.

Ölkənin mədəniyyət rəsmiləri bildirilər ki, heykəlin hündürlüyü 8 metr, ağırlığı isə 4 tona yaxın olub.

Ölkəyə gələn turistlərin sayının 2010-cu ildən bəri 14, 7 milyon nəfərdən 9, 8 milyon nəfərə qədər azaldığını deyən rəsmilər ümid edirlər ki, bu tapıntılar turistlərin diqqətini çəkəcək.