İlham Əliyev 4 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov "Şərəf” ordeni ilə təltif edilib.
18:40
İlham Əliyev T.S.Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə Telman Salman oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin", - sərəncamda qeyd edilir.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin:
Bayramov Oruc Sulu oğlu
Quliyev Aftandil Təvəkkül oğlu
Quliyev Sidqi Həsənalı oğlu.
***
İlham Əliyev Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə Azərbaycanda su təsərrüfatının inkişafında xidmətlərinə görə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Aslanov Orucqulu Dilavər oğlu
Cəfərova Kəmalə Sərvəz qızı
Dünyamalıyev Bəkir Bahadır oğlu
Əbilov Fazil Adil oğlu
Əliyev Əmirxan Mamaxan oğlu
Həşimov Teyyub Səfər oğlu
Hüseynov Vidadi Hüseyn oğlu
İlyasov Rafiq İsa oğlu
Qasımov Zahid Zakir oğlu
Məmmədquliyeva Raziyə Şəmsibala qızı
Məmmədov Şakir Bəgi oğlu
Mirzəyev Cəmaləddin Siracəddin oğlu
Nəsrullayev Cəlil Məhəmməd oğlu
Rzayeva Güllü Adıgözəl qızı
Səfərəliyev Əlxan Sərxan oğlu
Talverdiyev Valeh Misrixan oğlu.