adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Mart 2017 16:24
9572
SİYASƏT
A- A+

İlham Əliyev Rafael Eskinazi ilə görüşdü

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Thales İnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanla "Thales İnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib.

Azərbaycan Hava Yolları və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.