4 nömrəli avtobusun istiqaməti dəyişdirilir
Paytaxtda 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə "Montin" qəsəbəsi, metronun "N.Nərimanov" və "Ş.İ.Xətai" stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun "Ş.İ.Xətai" stansiyası istiqamətində hərəkət edərkən F.Xoyski küçəsindən Atatürk prospektinə, daha sonra akademik H.Əliyev və C.Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.
Qeyd edək ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətt avtobusları 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Digər Xəbərlər
25 Aprel 2024 10:32
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34