adalet.az header logo
  • Bakı 12°C
13 Mart 2017 16:00
4828
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 96 nəfər qidadan zəhərlənib

Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib.

Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.