Fərhad Metenin əbədi qayıdışı...

KƏNAN HACI
228814 | 2017-03-13 11:15

Fərhad Metebizdən sonra gələn nəslin son dərəcə istedadlı nümayəndələrindən biri idi. O,fikri, düşüncəni poetik müstəvidə istənilən şəklə salmağı bacaran şair idi.Bunu onun şeirlərindən açıq-aydın görmək olur. 

Onun haqqında dost kimi danışmaqimkanım yoxdur, tale bizə dost olmaq fürsəti vermədi. Fərhadın ədəbi nəsildaşlarınınyaradıcı boyartımı mənim gözümün qarşısında baş verib. Amma nədənsə Fərhadla hərhansı münasibətimi, qarşılaşmanı xatırlaya bilmirəm. Bəlkə də nə vaxtsa hansısatədbirdə rastlaşmışıq, salamlaşmışıq, çox güman ki, məni o vaxtlar Fərhadıyaxından tanımadığım üçün bu görüş yaddaşımda qalmayıb. Amma onunla birgə qəzayadüşmüş İlham Çərgəzoğlu ilə o qəzaya qədər tanışlığımız yaranmışdı. FərhadMetenin isə bir neçə şeiri diqqətimi çəkmişdi. Səhv etmirəmsə, onun şeirlərini"Ulduz” jurnalında oxumuşdum. Qeyd dəftərçələrimdən hansındasa Qismətin, Fərhadınvə Fəridin şeirləri haqqında mülahizələrimi qısa şəkildə yazmışdım. Təəssüf ki,bu yazını yazmağa başlayarkən həmin qeydləri axtarıb tapa bilmədim, çoxgüman ki, ömür vəfa etsə, o qeydləri nəvaxtsa seçib küll halında nəşr etdirəcəyəm.



Bu günlərdəgənc şair dostum (Fərhad Metenin ən yaxın dostlarından biri) Fərid Hüseynin Fərhadhaqqında yazdığı "Ömür – doğum günü hədiyyəmiz” adlı kitabının Səməd VurğununEv Muzeyində təqdimatı keçirildi. Tədbirdə səslənən fikirlər, bir az da Fərhadlabağlı xatirələrdən süzülüb gələn incə zarafatlar mənə Fəridgilin ədəbiyyata yenicə qədəmqoyduğu vaxtları xatırlatdı. Yadımdadır, bir dəfə Yazıçılar Birliyinə, SəlimBabullaoğlunun yanına getmişdim, masanın üstündə "Ulduz” jurnalı vardı. Bir az ordan-burdansöhbət edəndən sonra Səlim əlini atıb jurnalı götürdü və dedi ki, burda çox gözəlbir şeirə rast gəlmişəm, müəllifini tanımıram. Və həmin şeiri mənə oxudu, buzaman onun üzündə yaranan məmnunluq ifadəsini indi də xatırlayıram. Həminşeirin müəllifi sonralar parlaq imzaya çevrilən Qismət idi. Zənnimcə, bu, Qismətinmətbuatda dərc edilən ilk şeiri idi. İlqar Fəhminin rəhmətlik Zərdüşt Şəfiyədiqqət və qayğısını xatırlayıram. Daha sonra Fəridin "Əlifba sırası” adlı ilkkitabının "Art klub”da təqdimatı yadıma gəlir. Ədəbiyyata istedadlı gənclər gəlirdi.Onlardan biri də Fərhad idi.

Fərid çoxerkən yaşda üzləşdiyi dost itkisini bütün hüceyrələrinə qədər öz içindənkeçirib və həm də mənsub olduğu ədəbi nəslin taleyini qələmə alıb. Bu itki bir ədəbinəslin içində "partlayış” yaradaraq onların hamısını zədələdi, o qəlpələr hələdə onların hər birinin canında gizildəyir. Bu ağrını Fərid Hüseynkitablaşdırdı. Fəridin bənzərsiz üslubu, zərif esseistikası, yüksək yazı mədəniyyətikitabın hər cümləsində özünü göstərir. Fərhadın şeirlərinin peşəkar təhlili,dostlarının onunla bağlı xatirələri, məşum qəzayla bağlı fraqmentlər vahidstruktura tabe edilib və mütaliə prosesində bu ağrı bizim də içimizə hopur, bizədə doğmalaşır. Fərhad bizim də ən yaxın dostumuza, sirdaşımıza çevrilir.

Fərid onungündəliklərindən qeydləri də kitaba daxil edib və bu qeydləri oxuduqca Fərhadınnə qədər zəngin mütaliəyə, orijinal təfəkkürə malik bir yaradıcı insanolduğunun şahidi oluruq. Fərhad can üzən qayğılardan azad olsaydı, ömrü yarıdaqırılmasaydı, heç şübhəsiz ki, yaradıcılığını daha geniş istiqamətdə davametdirəcəkdi və maraqlı əsərlər yazacaqdı. Neyləyək ki, fələyin gərdişini pozmaqbizim əlimizdə deyil...

Fərhad o əsərləriyazmasa belə yazdıqları kifayət edir ki, biz onu XXI əsrin əvvəllərinin şairikimi həmişə xatırlayaq. Dünyadan nakam köçmüş şairləri xatırlayın: MikayılMüşfiq, Sergey Yesenin, Artur Rembo... Fərhadın parlaq istedadı onun adının buimzalarla yanaşı durmasına haqq verir. Mən çox az bir ömür yaşamış, "İynəboyuşeirlər”iylə xatırlanan Faiq İsmayılovu xatırlayıram. Kim deyə bilər ki, buinsanlar daha həyatda yoxdur?! Axı biz həmişə onların poetik dünyasına başvururuq və həm də özləriylə kontakta giririk. Onlar öz ömürlərini yaşayırlar,onlar üçün daha ölüm qorxusu yoxdur. Heç vaxt ölməyəcəklər. Fərhad Mete də beləölümsüzlərdəndir.

Təqdimatdaiki məqam diqqətimi çəkdi. Fərid giriş sözündə dedi ki, müəllifin öz kitabınıntəqdimatında aparıcılıq etməsi bir az qəribə görünə bilər, amma bu kitabı mənyazsam da, onu Fərhad Metenin kitabı hesab edirəm və hesab edirəm ki, dostumunkitabının təqdimatıdır. İçim titrədi bu sözlərdən... Bir də Elnaz Eyvaz "biz nəvaxtsa mütləq görüşəcəyik” deyəndə Fəridin kövrəlməyi...

Fərid, çox sağ olki, bu kitabı yazmısan. Bu kitab gələcəkdə həm Fərhadın tədqiqatçıları üçün, həmdə sizin ədəbi nəslin araşdırıcıları üçün əvəzsiz bir mənbə olacaq. Fərhad bukitabda həmişə bizimlə olacaq, ömrünün davamını yaşayacaq. Fərhad sadəcə, gedişiyləyoxluğa çevrilmədi, bu gediş həm də bizim yaddaşımıza, düşüncəmizə, poeziyamızaəbədi bir qayıdış idi.

TƏQVİM / ARXİV