adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2017 10:34
4995
MƏMLƏKƏT
A- A+

Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla bağlı reydlər keçirib.

Reydlər bütün şəhər ərazisində, xüsusən dəavtovağzalda baş tutub.

Sumqayıt şəhər DYPŞ-dən verilən məlumata görə, reydlər nəticəsində 20 mikroavtobus cərimə meydançasına aparılıb. Onların bir çoxunda əlavə oturacaqlar quraşdırıldığı və Bakı-Sumqayıt xətti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb.

Həmin mikroavtobuslar arasında "Ford"lar çoxluq təşkil edir. Onların bir çoxunu idarə edənlərin sənədləri qaydasında olmayıb. Bundan başqa, sürücülük vəsiqəsi sərnişindaşıma fəailiyyətinə uyğun gəlməyənlərin də mikroavtobus idarə etməsi halları müəyyən edilib.
Hazırda DYP əməkdaşları Sumqayıt şəhəri ərazisində reydləri davam etdirir.