adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Mart 2017 10:21
6544
DÜNYA
A- A+

Avtobus dəhşətli qəza törətdi: 34 ölü

Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

TASS informasiya agentliyinin məlumatına görə, yol qəzası nəticəsində 34 nəfər ölüb, 15-i xəsarət alıb. İnsident ölkənin şimalında yerləşən Qonaiv şəhərində qeydə olunub.

Qəzanın hansı səbəbdən baş verməsi barədə hər hansı məlumat verilmir.