Bakıda dəhşətli qətl: Atasını öldürdü, anasını yaraladı
Bakıda qətl hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.
E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.
Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.
E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19