adalet.az header logo
  • Bakı 13°C
12 Mart 2017 21:24
4857
İDMAN
A- A+

“Almaniyanın Azərbaycanı udacağını gözləyirəm”

"Norçevlə dünya çempionatınınqarşıdakıseçmə oyunu bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz bu matçda qələbə qazanmaqla qrupda ikinci yerdəki mövqeyimizi möhkəmləndirə bilərik”.

Adalet.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya komandasının baş məşqçisi Maykl O’Nil söyləyib.

O, martın 26-da – Şimali İrlandiya – Norveç matçı ilə eyni gündə keçiriləcək Azərbaycan – Almaniya görüşü barədə də qısa fikrini açıqlayıb:"Almaniyanın bu matçda qalib gələcəyini gözləyirəm. Ona görə də əgər biz Norveçi məğlub etsək, Azərbaycanla aramızda 3 xal fərq yaranacaq. Yəni bizim ikinci pillədə mövqeyimizi gücləndirməyimiz realdır. Odur ki, biz Norveçə mütlə qalib gəlməliyik. Bundan sonra isə oyunçularımızın fikri iyunda Azərbaycanla keçiriləcək oyuna yönələcək”.

Xatırladaq ki, DÇ2018-in C qrupunda yarışan Şimali İrlandiya və Azərbaycan 4 turdan sonra 7 xalla 2-3-cü yerləri bölüşdürürlər.