adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Mart 2017 15:22
8864
KRİMİNAL
A- A+

Keçmiş YPX əməkdaşının 16 yaşlı oğlu qəzada ölüb

Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.

Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi "Traktor” yolun kənarında dayan "Vaz 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən gənci atası uzun müddət yol polisi işləyib.

Fakt araşdırılır.