adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Mart 2017 13:41
5752
MƏMLƏKƏT
A- A+

Fikrət Qocaya ağır itki üz verib – FOTO

Xalq şairinin oğlu faciəvi şəkildə dünyasını dəyişdi.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib.

Adalet.az bakipost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.

F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: "Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib”.

Qeyd edək ki, mərhumun 52 yaşı olub.

Allah rəhmət eləsin.