adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Mart 2017 12:34
17713
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bitkilərin məhsuldarlığını artıran yeni maddələr yaradılıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.

İnstitutdan Adalet.az-a verilən məlumata görə, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.

Boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçib.

Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır.