adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Mart 2017 23:14
6186
DÜNYA
A- A+

İki polis işçisi 8 həmkarını güllələdi

Əfqanıstanın cənub-şərqində iki polisin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 8 əməkdaşı həlak olub.

Adalet.az xəbər verir ki, Khaama Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident martın 10-da axşam saatlarında Zabul əyalətindəki nəzarət-buraxılış məntəqəsində baş verib. Əyalət qubernatorunun nümayəndəsi Qul İslam Sayal hücum edən şəxslərin bir neçə silah götürərək aradan çıxdıqlarını deyib.

Əfqanıstanda müxtəlif qruplaşmalarla əlaqəli olan polislər tez-tez buna bənzər hadisələr törədirlər.

Xatırladaq ki, son zamanlar bu ölkədə vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən "Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının təsir dairəsi də artmaqdadır.