adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Mart 2017 21:54
4821
İDMAN
A- A+

Millimizin üzvü komandasına qələbə qazandırdı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.

Adalet.az-ın xəbərinə görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue” öz meydanında "Karlsrue” ilə qarşılaşıb. Oyun "Aue”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov sabiq komandasına qarşı oyunun start heyətinə meydana çıxıb və sona qədər mübarizə aparıb. Oyunda yeganə qolun müəllifi də millimizin üzvü olub. O, 36-cı dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, 24 oyundan sonra hesabında 22 xal olan "Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.