adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Mart 2017 21:37
4489
SAĞLAMLIQ
A- A+

Sağlamlığınızın qeydinə qalacaq qidalar

Adalet.az xarici KİV-ə istinadən sağlamlığınıza vacib edən qidaları təqdim edir:

Pomidor - ən güclü təbii antioksidant likopendir. İmunitet sisteminə təsir edir, toxumaların yenilənmə prosesini sürətləndirir. Xərçəng xəstəlikləri riskini azaldır.

Qaragilə - tərkibi antisianidlə zəngin olan meyvədir. Bu isə ən təbii antioksidantlarddan da güclüdür. Qaragilə görmə qabiliyyətini yaxşılaşdırır, orqanizmin bir çox funksiyasını bərpa edir, qocalmağa qarşı mübarizə aparır. Orqanizmdə iltihab prosesinin səviyyəsi azalır və hüceyrə pərdələrinin ötürmə qabiliyyəti yaxşılaşır. Bundan başqa qan damarlarının divarlarını möhkəmləndirir, qanın tərkibində şəkərin səviyyəsini aşağı salır.

Üzüm - qara üzümün qabığında və çəyirdəyində çoxlu resveratrop maddəsi var. Resveratrop ən güclü təbii antioksidantlardan biridir. E vitamininə nisbətən 10 dəfə daha çox təsir gücünə sahibdir.

Kakao - tərkibində çoxlu antioksidant maddələr var. Kakao dənələrində onun miqdarı yaşıl çaya nisbətən daha çoxdur. Müntəzəm olaraq tərkibində kakao olan qida qəbul etmək və kakao içmək xərçəng riskini, mədə xorası, qızdırma riskini azaldır və orqanizmin imunitet sistemini möhkəmləndirir.