Hindistan səsdən sürətli raketlərini sınaqdan keçirdi
Hindistan BrahMos raketini sınaqdan keçirib.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BrahMos” şirkətinin direktoru Sudxir Mişra söyləyib.
Qeyd edək ki, BrahMos Rusiya və Hindistanın birgə hazırladığı raketdir. Raket 400 kilometrdən uzaqda olan hədəfləri yox etmək qabiliyyətindədir.
Rəsmi Dehli 2016-cı ilin mayında "yer-yer” sinifinə aid olan BrahMos raketlərinin başqa versiyasını sınaqdan keçirib. Sınaqdan keçirilən qanadlı raket 290 kilometrə qədər hədəfləri vurmaq qabiliyyətində olub.
BrahMos səsdən sürətli raket hesab olunur.
Digər Xəbərlər
17 Aprel 2024 20:43