adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Mart 2017 16:42
6851
SİYASƏT
A- A+

İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

İndoneziyanın vitse-prezidenti M.Yusuf Kalla Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin yeni vəzifəyə təyin edilməyiniz İndoneziya və Azərbaycan arasında mövcud dostluq münasibətlərinin hər iki xalqın rifahı üçün daha da genişlənəcəyi və möhkəmlənəcəyi işinə töhfələr verəcək.

Sizə yüksək dövləti vəzifədə uğurlar diləyirəm. Xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edəsiniz".