adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Mart 2017 16:33
3020
HADİSƏ
A- A+

Ötən gün 112 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 34 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub.