adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Mart 2017 13:39
4586
GÜNDƏM
A- A+

Prezidentin Çingiz Qurbanovun ailəsinə verdiyi ev - FOTOLAR

Müdafiə Nazirinin müavini Kərim Vəliyev və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə ölkə prezidenti tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası Salman Qurbanovla görüşüb, mənzildə aparılan təmir işlərinin gedişatı və ailənin qayğıları ilə maraqlanıblar.

Adalet.az Xətai rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.



Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi İ. Əliyevin tapşırığına əsasən, aidiyyati dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınıb. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin, ölkə başçısı tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunub.