adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2017 00:19
3197
GÜNDƏM
A- A+

ŞƏKİ: QƏDİMLİYİN VƏ MÜASİRLİYİN ƏZƏMƏTİ

Müstəqil Azərbaycanımızın ən qədim və adlı-sanlı yurd yerlərindən söz düşəndə, şübhəsiz, Şəki ön sırada görünür. Təbiidir. Çünki məşhur İpək Yolunun hələ ilkin mövcudluğunda bu yerlər özünəməxsusluğu ilə şöhrət qazanmış, 3000 ilə yaxın yaşı olan bu qədim məmləkətin bəzi özəllikləri ilə yanaşı dövlətçilik ənənələrinin tarixə düşməsi də vətənimizin böyük türk coğrafiyasında yerini xüsusi olaraq bir daha təsdiqləmişdi.
Böyük Şəki məhz tarixi keçmişi və müasir inkişafı ilə zamanın, günümüzün reallığıdır. Və bu yerləri daha da gözəlləşdirən, öz əməlləri ilə doğma yurdun şərəfini uca tutan zəhmətkeş və vətənpərvər şəkililər bütün bunlara görə qürur hisslərini bölüşməkdə haqlıdırlar. Burada sakinlərin məşğulluğundan, rifahından tutmuş, təsərüfat, tikinti-abadlıq, müasirləşmə məsələlərinə kimi, hər nə var, məhz cənab Prezidentin istək və tələbləri səviyyəsində reallaşır. Başqa cür mümkün də deyil. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov təcrübəli bir dövlət məmuru, ziyalı bir şəxs olaraq göstərilən yüksək etimadı məhz rayonun sosial-iqtisadi və mədəni inkişafı istiqamətində görülən işlərlə qazanmışdır. Son illər Şəkidə keçirilən respublika səviyyəli böyük tədbirlərin ardıcıllığı da çox mətləblərdən xəbər verir və sevinc bəxş edir.
Bu gün Böyük Şəki adına yaraşan şəkildə daha abad, daha gözəl və müasir görkəm almaqdadır. Hörmətli Elxan müəllim deyir ki, bu inkişaf və yüksəliş cənab Prezidentin müstəsna qayğı və diqqəti sayəsində mümkünləşir və yeni uğurlara ruhlandırır.
Respublikamızın hər yerində olduğu kimi Şəki rayonunda da 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat verilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun məruzəsində qeyd edildiyi kimi, rayonda 2016-cı ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 323 milyon 823 min manatlıq məhsul buraxılmışdır. 2016-cı ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz təşkil edir. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. 2016-cı ildə pərakəndə əmtəə dövriyyəsi 347 milyon 958 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 100,9 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81 milyon 524 min manat olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 105,1 faiz təşkil edir. Rayonda 2016-cı ildə 2978 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 4 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 26,6 faizi mövcud müəssisə və təşkilatların, 69, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə 1 oktyabr 2003-cü il tarixdən 1 yanvar 2017-ci il tarixədək rayonda 18111 yeni iş yeri açılmışdır ki, bunun da 95 faizi daimi iş yerləridir. Daimi iş yerlərindən 16,1 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 22,4 faizi mövcud müəssisə və təşkilatların, 61,5 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əməkhaqqı 256 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1 faiz çoxdur. Hazırda rayonda 29 sənaye müəssisəsi fəaliyyət göstərir. Bunların 21-i kiçik müəssisədir. 2016-cı ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 31 milyon 282 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68,5 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 91,3 faizi dövlət mülkiyyətinin, 8,7 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 277 min manatı və ya 90,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Məruzədə deyildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum istifadə etmək, əkin torpaqlarını genişləndirmək, müasir tələblərə cavab verən iri istehsal və emal sahələrini yaratmaq və sair bu mərhələnin əsas vəzifəsidir. Aqrar sahədə həyata keçirilən islahatların əsas məqsədi əhalinin məşğulluq problemini həll etmək, qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxış edən cənab Prezident kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. İclasda cənab Prezident xüsusilə vurğulamışdı ki, indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab Prezident demişdir: "Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir".
Məlum olduğu kimi, 2016-cı ildə də rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda cənab Prezident kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etmiş və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırmışdı. Konfransda cənab Prezident xüsusilə vurğuladı ki, indiyədək görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir.
Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 67373 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılmış və yüksək məhsuldarlıq əldə edilmişdir. 2016-cı ildə 193 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. İstehsal olunan məhsul 2015-ci illə müqayisədə 7 min ton çoxdur. Bu faktın özü cənab Prezidentin ölkədə ərzaq bolluğu yaradılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir.
2017-ci ildə taxılçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün payızlıq taxıl səpini kampaniyasının yüksək aqrotexniki qaydalara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə 68514 hektar sahədə taxıl səpini həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 1141 hektar çoxdur. Müddət ərzində kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə bir sıra regional müşavirə və seminarlar keçirilmişdir. Bu tədbirlərdə istehsalçılara yeni texnologiya və texnikalar, payızlıq taxıl səpini kampaniyasını optimal müddətdə başa çatdırmaq, payızlıq taxıl sahələrində fitosanitar tədbirlərin vaxtında və keyfiyyətlə aparılması üçün ətraflı məlumat verilmişdir.

(Ardı var)
Məzahir ƏHMƏDZADƏ