adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Mart 2017 22:12
3834
GÜNDƏM
A- A+

ABŞ səfiri Lənkəranda

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Enn Sekuta cənub bölgəsinə səfər çərçivəsində martın 10-da Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə təhsil işçiləri ilə görüşüblər.

Adalet.az xəbər verir ki, səfir və xanımı əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Məktəb-liseyin direktoru Yeganə Əsgərova məlumat verib ki, 1968 şagirdin təhsil aldığı məktəbdə ingilis, alman, rus dilləri tədris edilir. Ümumilikdə, məktəbdə 39 ingilis dili müəllimi çalışır.

Məktəblə tanışlıq zamanı amerikalı qonaqlar şagirdlərlə səmimi söhbət ediblər.

Daha sonra səfir Robert Sekuta Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının yerli üzvləri ilə görüşüb. Diskussiya şəraitində keçən görüşdə hər iki ölkənin təhsil sistemi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, amerikalı diplomat cənub bölgəsinə səfəri çərçivəsində Masallı, Astara və Lənkəran rayonlarında işgüzar görüşlər keçirib.