adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Mart 2017 21:30
10211
ƏDƏBİYYAT
A- A+

Günay Nəriman Həsənlinin yaradıcılıq gecəsi keçirilib

Şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyini və Dünya Gənc Türk Yazarları Birliyinin üzvü. "Azərbaycan Ədəbiyyatçıları” İctimai Birliyinin sədri Günay Nəriman Həsənlinin yaradıcılıq gecəsi keçirilib.

Gecədə qonaqlar şairin öz ifasında gözəl şeirlər dinləyərək xüsusi zövq alıblar. Tədbiri giriş sözüylə UASB-nin Azərbaycan təmsilçisi, məşhur rəssam Nəvai Metin açıb, uğur diləyərək sözü şairə verib.

Tədbirə dəvət almış xüsusi qonaqların bir-birindən maraqlı çıxışı gecəyə daha da rəng qatıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, tanınmış tərcüməçi və şair Mikayıl Bozalqanlı çıxış edərək, ürək sözlərini söyləyiblər.

Tədbirdə gözəl səsli müğənni Elxan Qaraxanoglu da iştirak edib.